Lerikdə meşəlik ərazidən avtomat silahlar tapılıb
Lerik, 22 yanvar, AZƏRTAC
Lerik rayonunda “Palıdlıq” adlanan meşəlik ərazidən silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı 3 ədəd “Kalaşnikov” markalı avtomat silahlar və həmin silahlara aid 25 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanan 10 ədəd müxtəlif markalı ov tüfəngi aşkarlanıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
ADAU-da Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunan regional konfrans keçirilib
Naxçıvanda ötən il təsərrüfat subyektlərinə 410 milyon 27 min manat kredit verilib