“Berlinale 2025” əsas müsabiqə proqramı dərc edilib
Bakı, 22 yanvar, AZƏRTAC
75-ci Berlin Beynəlxalq Film Festivalı rəsmi müsabiqədə təqdim olunacaq filmləri açıqlayıb. Bu barədə AZƏRTAC xarici mətbuata istinadla xəbər verir.
Əsas müsabiqəyə Riçard Linkleyter, Hon San Su, Mişel Franko və Radu Cudenin yeni filmləri seçilib. Baş rollarda Marqaret Quelli, İtan Houk, Cessika Çesteyn, Klas Banq və Marion Kotiyar kimi ulduzlar çəkilib. Hər biri dünya premyerası olmaqla 17 film təqdim olunub. Bunlardan səkkizində filmin rejissoru və ya ortaq rejissoru qadınlar olub.
“Berlinale 2025” alman rejissoru Tom Tıkverin “İşıq” dramı ilə açılacaq. Festivalın münsiflər heyətinin sədri amerikalı rejissor Todd Heyns olacaq. Açılış mərasimində Tilda Suintona həyatı boyu əldə etdiyi görkəmli nailiyyətlərə görə fəxri Qızıl Ayı təqdim ediləcək.
Festival 2025-ci il fevralın 13-dən 23-dək keçəcək.
Şimali Makedoniyada hökumətin keçmiş xidmət rəisi korrupsiyada ittiham olunur
Angela Merkel siyasi partiyalara mübahisə əvəzinə müzakirə aparmaq barədə çağırış edib
Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər
Moskva əyalətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb
Britaniya Xarici İşlər Nazirliyi rus diplomatın akkreditasiyasını ləğv edib