“Fənərbağça” braziliyalı futbolçu ilə razılıq əldə etdiyini açıqlayıb
Bakı, 22 yanvar, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandası İngiltərə təmsilçisi “Aston Villa”da çıxış edən futbolçu Dieqo Karlosun keçidini həll edib.
AZƏRTAC İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “sarı lacivərdlilər” oyunçu və Premyer Liqa klubu ilə razılıq əldə edib. 31 yaşlı braziliyalı müdafiəçi tibbi müayinədən keçmək üçün İstanbula dəvət olunub.
Qeyd edək ki, Dieqo Karlos bu mövsüm “Aston Villa”nın heyətində 17 oyunda meydana çıxıb.
Azərbaycan boksçularından Serbiyada 6 medal
Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya Kubokunun qalibi olub
Misli Premyer Liqası: “Sumqayıt” “Şamaxı”, “Turan Tovuz” “Sabah” səfərində
“Real” - “Atletiko Madrid” görüşü heç-heçə ilə başa çatıb
Bundesliqa: “Borussiya Dortmund” evdə məğlub olub, “Bayer Leverkuzen” isə səfərdə xal itirib