Qadın voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub
Bakı, 21 yanvar, AZƏRTAC
Qadın voleybolçular arasında Yüksək Liqada VII turun görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə meydana “Murov Az Terminal” və “Azərreyl” komandaları çıxıb. Görüş birincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər oyunlarda “Milli Aviasiya Akademiyası” “Gəncə”ni, “Abşeron” isə UNEC-i quru hesabla məğlub edib - 3:0.
Qeyd edək ki, turnir cədvəlinə 20 xalla “Abşeron” başçılıq edir. “Milli Aviasiya Akademiyası” 15 xalla 2-ci pillədə qərarlaşıb. İlk “üçlüy”ü isə “Gəncə” komandası qapayıb - 10 xal.
Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyada fəxri kürsüyə qalxıblar
Premyer Liqa: “Neftçi” “Zirə”yə, “Kəpəz” “Araz-Naxçıvan”a qarşı
Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar məlum olub
İspaniya La Liqası: “Sevilya”nı böyük hesabla məğlub edən “Barselona” liderlə xal fərqini azaldıb
Bundesliqa: Son iki sırada qərarlaşan komandaların görüşündə qalib müəyyənləşməyib