“Sumqayıt” qvineyalı futbolçunu transfer edib
Bakı, 21 yanvar, AZƏRTAC
Dövrələrarası fasilədə transferləri davam etdirən “Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “kimyaçılar” son olaraq Gürcüstanın “Torpedo” (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. Tibbi yoxlanışdan uğurla keçən 27 yaşlı futbolçu “Sumqayıt”ın heyətində 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Momo Yansane karyerası boyunca “Torpedo” ilə yanaşı “Nijni Novqorod” (Rusiya), “Şerif” (Moldova), “Riyeka” (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.
İspaniya La Liqası: “Sevilya”nı böyük hesabla məğlub edən “Barselona” liderlə xal fərqini azaldıb
Bundesliqa: Son iki sırada qərarlaşan komandaların görüşündə qalib müəyyənləşməyib
Azərbaycan güləşçiləri reytinq turnirinin son günündə 5 medal qazanıblar
Azərbaycanın karateçiləri Avropa çempionatından 3 medalla dönürlər
“Qalatasaray”ın oyunu mübahisəli penalti qərarına görə yarımçıq dayandırılıb