×
A
A
A
Sazlamalar

Vladimir Putin Türkiyə Prezidentinə başsağlığı verib

Moskva, 21 yanvar, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Bolu vilayətində dağ-xizək kurortunda baş vermiş yanğınla bağlı başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Hörmətli Prezident, Bolu vilayətində dağ-xizək kurortunda baş vermiş yanğının faciəvi nəticələri ilə bağlı dərin hüznlə başsağlığımızı qəbul edin. Həlak olanların doğmalarına və yaxınlarına başsağlığı və dəstək, eləcə də bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıram”, - deyə teleqramda bildirilib.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2025-01-21 20:49:00