İran Prezidenti Məsud Pezeşkian Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Bakı, 21 yanvar, AZƏRTAC
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdə olan, Azərbaycan Respublikasının Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunub, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb.
Görüşdə, həmçinin regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib
AZAL-dan bütün istiqamətlərə 25 faiz endirim kampaniyası
“Azərişıq” ASC Medianın İnkişafı Agentliyi ilə birgə Zəngilana mediatur təşkil edib