Prezident İlham Əliyev Davosda İsrail Prezidenti ilə görüşüb VİDEO
Davos, 21 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olundu.
İsxak Hersoq ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladı.
Söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirildi, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirildi.
Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətlərinin mövcud olduğu vurğulandı, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələrinin də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşamaları üçün hərtərəfli şəraitin yaradıldığı məmnunluqla qeyd edildi.
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib
Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib VİDEO