Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı paylaşım edib
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı rəsmi sosial şəbəkə səhifələrində paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”.
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib
Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib VİDEO