×
A
A
A
Sazlamalar

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Qusarda vətəndaşlarla görüş vaxtı dəyişib

Bakı, 21 yanvar, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Rəşad Nəbiyev vətəndaşlarla Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində yanvarın 27-də görüşəcək.
Qəbula yanvarın 24-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Regionlar 2025-01-21 17:34:00