Dünyanın ən yaxşı gənc futbolçularının adları açıqlanıb
Bakı, 21 yanvar, AZƏRTAC
Böyük Britaniyanın nüfuzlu “Give Me Sport” nəşri dünyanın 21 yaşa qədər ən yaxşı gənc futbolçularının adlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 25 oyunçunun yer aldığı siyahıya İspaniya millisinin və “Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamal başçılıq edir. İngiltərə yığmasının və İspaniya nəhəngi “Real Madrid”in 21 yaşlı yarımmüdafiəçisi Cud Bellinqem ikinci, “Bavariya”nın almaniyalı gənc ulduzu Camal Musiala (21 yaş) isə üçüncü sırada qərarlaşıb.
Dünyanın ən yaxşı gənc futbolçuları:
1. Lamin Yamal – 17 yaş (“Barselona”, İspaniya)
2. Cud Bellinqem – 21 yaş (“Real Madrid”, İspaniya)
3. Camal Musiala – 21 yaş (“Bavariya”, Almaniya)
4. Florian Virtz – 21 yaş (“Bayer”, Almaniya)
5. Kobbi Meynu – 19 yaş (“Mançester Yunayted”, İngiltərə)
6. Endrik – 18 yaş (“Real Madrid”)
7. Xavi Simons – 21 yaş (“Leypsiq”, Almaniya)
8. Arda Gülər – 19 yaş (“Real Madrid”)
9. Uorren Zaire-Emeri – 18 yaş (PSJ, Fransa)
10. Qavi – 20 yaş (“Barselona”)
Riçard Almeyda Braziliya klubuna keçib
Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir
Azərbaycan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirinə 2 medalla başlayıblar
Balkan çempionatından iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib
"Bavariya" aparıcı futbolçusu ilə müqavilənin müddətini uzadıb