Praqada “Qanlı Yanvar” filmi göstərilib
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 20-də Praqadakı Azərbaycan Mədəniyyət Mərkəzində Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filminin nümayişi olub.
AZƏRTAC xəbər verir ki, filmin nümayişinə Azərbaycan diasporunun, ölkəmizin və Türkiyə səfirliyinin nümayəndələri toplaşıblar.
Filmə baxdıqdan sonra diskussiya aparılıb və Azərbaycan diasporunun nümayəndələri bu faciəli hadisə ilə bağlı şəxsi acı xatirələrini bölüşüblər.
Azərbaycan Mədəniyyət Mərkəzində açılan kinoklub çərçivəsində nümayiş etdirildiyi üçün gecənin iştirakçıları filmin bədii komponentini də müzakirə ediblər. Türkiyə səfirliyinin konsulu Volkan Tanıldız da bu faciəli tarixlə bağlı başsağlığı verib və filmlə bağlı fikirlərini bildirib.
Azərbaycanlı rejissor Qazaxıstanda türkiyəli dramaturqun pyesini səhnələşdirib
Astanada Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib
Dirijor Fuad İbrahimov: Orkestr musiqinin ruhudur MÜSAHİBƏ
Beynəlxalq Muğam Mərkəzində Gülhüseyn Kazımlının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Sözün sehrini yaşadan ustad – Firudin Ağazadənin 75 illik yubileyi qeyd olunub