XTNS-in “Azərbaycan” pavilyonunda rəsm üzrə ustad dərsi olacaq
Moskva, 21 yanvar, AZƏRTAC
Moskvada XTNS-in “Azərbaycan” pavilyonunda yanvarın 25-də rəsm üzrə “Torpaq çiçəklərlə gülümsəyir” adlı ustad dərsi olacaq.
AZƏRTAC xəbər verir ki, tədbir bədii sənətkarlığın əsaslarını öyrənmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək istəyən 8-15 yaşlı uşaqları bir araya gətirəcək.
Ustad dərsini peşəkar müəllim və rəssam Svetlana Fedotova aparacaq. O, sərgisi pavilyonda keçirilən Rusiyanın Əməkdar rəssamı, SSRİ, Azərbaycan, Rusiya və Monqolustan Rəssamlar ittifaqlarının üzvü, Moskva Rəssamlar İttifaqının üzvü, professor Cahid Camalın rəsm əsərlərinin mühafizəçisidir.
Onun rəhbərliyi altında iştirakçılar rəngli karandaşlarla rəsm çəkməyin əsas üsullarını mənimsəyəcək, rəng və kompozisiya ilə işləməyin sirlərini öyrənəcək, parlaq çiçək təsvirləri yaradacaqlar.
Dərs Azərbaycan pavilyonunun istixanasının rahat ab-havasında keçəcək və burada hər bir uşaq öz yaradıcılıq potensialını üzə çıxara biləcək. Rəsm üçün bütün lazımi materiallar ustad dərsinin təşkilatçıları tərəfindən təmin ediləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycanlı rejissor Qazaxıstanda türkiyəli dramaturqun pyesini səhnələşdirib
Astanada Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib
Dirijor Fuad İbrahimov: Orkestr musiqinin ruhudur MÜSAHİBƏ
Beynəlxalq Muğam Mərkəzində Gülhüseyn Kazımlının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Sözün sehrini yaşadan ustad – Firudin Ağazadənin 75 illik yubileyi qeyd olunub