51 saylı Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlərə 258 nəfər cəlb ediləcək
Şirvan, 21 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
51 saylı Şirvan seçki dairəsinin Dairə Seçki Komissiyasında aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Üçgünlük treninqlərə 258 nəfər cəlb olunacaq.
Dairə Seçki Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, treninqlər seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri cəlb olunmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılır. Tədris edilən məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.
Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.
Qeyd edək ki, sözügedən dairə üzrə 43 seçki məntəqəsi var. 11 məntəqədə müşahidə kameraları mövcuddur. Seçki dairəsi üzrə ümumilikdə 53 min 422 nəfər seçici qeydə alınıb ki, onlardan 338 nəfəri ilk dəfə səsvermə hüququna malik olan seçicidir.
“Azərbaycan Atabəyləri” filmi Laçında nümayiş olunub
Astarada qəza baş verib, motosiklet sürücüsü ölüb
Naxçıvanın muxtariyyəti - tarixi zərurət, tarixi nailiyyət
“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı keçirilib
Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb