20 Yanvar şəhidləri İsraildə anılıb
Bakı, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyində 1990-cı il 20 Yanvar tarixində baş vermiş faciəvi hadisələrin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri, o cümlədən 20 Yanvar hadisələrinin canlı şahidləri olan şəxslər iştirak ediblər.
Tədbir 20 Yanvar gecəsi şəhid olanların xatirəsini yad etmək üçün bir dəqiqəlik sükutla başlayıb. Daha sonra səfir Muxtar Məmmədov, AZİZ Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov və 20 Yanvar hadisələrinin canlı şahidləri olan Azərbaycan diasporunun nümayəndələri müzakirə formatında çıxışlar ediblər.
Çıxış edənlərdən Şimon Peres 20 Yanvar gecəsi təcili tibbi yardım xidmətində çalışıb, Petr Lukimson həmin dövrdə Bakıda nəşr olunan “Elm” qəzetinin redaktoru və hadisələri işıqlandıran jurnalistlərdən biri olub. Azərbaycan Dövlət Radiosunun ictimai-siyasi verilişlər şöbəsinin keçmiş redaktoru Viktoriya Dolinskaya və onun həmkarları isə həmin gecə sovet tanklarının hücumuna məruz qalmış jurnalistlər arasında olsalar da, xilas olmağı bacarıblar.
Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb
Serbiya mətbuatı 20 Yanvar faciəsindən yazıb
Praqadakı Azərbaycan Mədəniyyət Evində 20 Yanvar qurbanlarının anım gecəsi keçirilib
Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib