×
A
A
A
Sazlamalar

İtaliya saytı 20 Yanvar faciəsindən yazıb

Naxçıvan, 20 yanvar, AZƏRTAC

İtaliya mətbuatında “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimovanın 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş məqaləsi dərc edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məqalə “Eurasiaticanews” portalının rəhbəri, jurnalist Karlo Marino tərəfindən yerləşdirilib.
Məqalədə 1990-cı ildə Azərbaycan xalqına qarşı törədilən Qanlı Yanvar faciəsinin ictimai-siyasi əhəmiyyəti faktlara söykənərək geniş şərh olunur, faciənin xalqımızın müstəqillik yolunda əsas hərəkətverici qüvvəyə çevrildiyi vurğulanır.
Faciə ilə bağlı tarixi həqiqətlərin dünyaya çatdırılmasında, ilk siyasi-hüququ qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərinin diqqətə çatdırıldığı yazıda 20 Yanvar gələcək nəsillər üçün əsl tarix dərsliyi kimi dəyərləndirilir: Azərbaycan tarixinə əbədi həkk olunan Qanlı Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu, eyni zamanda, bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərdi, müstəqilliyə gedən yolda hərəkətverici qüvvəyə çevrildi. Bütün bu mühüm cəhətlərə, amillərə görə xalqımızın yaddaşında dərin, sarsılmaz iz buraxan 20 Yanvarın mahiyyəti dərindən araşdırılıb öyrənilərək əsl tarix dərsliyi kimi gələcək nəsillərə aşılanır. Nə qədər ki müstəqil, bütöv, suveren Azərbaycan var, 1990-cı ildə tankın, topun qarşısına çıxan əliyalın insanlar, misilsiz şücaət göstərən qəhrəman övladlar heç zaman unudulmayacaq!

Qan yaddaşı 2025-01-20 19:23:00