Fərid Səfərli Azərbaycana qaytarılıb
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində bu il yanvarın 18-də İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.
Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI
Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib
“Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı müzakirə olunub
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib
Ölkəmizin sosial xidmət sahəsinin nümayəndələri Türkiyə təcrübəsini öyrəniblər