×
A
A
A
Sazlamalar

Premyer Liqa: “Mançester Siti”dən altı qollu qələbə

Bakı, 19 yanvar, AZƏRTAC

İngiltərə Premyer Liqasında 22-ci turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Mançester Siti” səfərdə “İpsviç”lə qarşılaşıb. Görüş qonaqların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Fil Foden (2 qol ), Mateo Kovaçiç, Erlinq Holann, Ceremi Doku və Ceyms Mkate vurublar.
Bu nəticədən sonra xallarını 38-ə çatdıran “Mançester Siti” 4-cü pilləyə yüksəlib.

İdman 2025-01-19 22:27:00