Superliqa: “Fənərbağça” darmadağınla qələbə qazanıb
Bakı, 19 yanvar, AZƏRTAC
Türkiyə Superliqasında XX turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Fənərbağça” səfərdə “Adana Dəmirspor”la qarşılaşıb. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İstanbul təmsilçisinin qollarını Yussuf En-Nesiri (2 qol), Edin Ceko və Cenk Tosun vurublar.
Bu nəticədən sonra xallarını 45-ə çatdıran “Fənərbağça” 2-ci pillədə qərarlaşıb. Meydan sahibləri isə 5 xalla sonuncu - 19-cu yerdədir.
Vaqif Sadıqov: “Neftçi” - “Qarabağ” oyununda nəticəni keyfiyyət müəyyənləşdirdi
“Euronews”: Bakı dünyanın cüdo paytaxtı statusunu bir daha təsdiq etdi