×
A
A
A
Sazlamalar

İspaniya La Liqası: “Real Madrid” liderliyə yüksəlib

Bakı, 19 yanvar, AZƏRTAC

İspaniya La Liqasında XX turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Real Madrid” doğma meydanda “Las Palmas”la qarşılaşıb. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Madrid klubunun qollarını Kilian Mbappe (2 qol), Brahim Diaz və Rodriqo vurublar. Qonaqların qoluna isə Fabio Silva imza atıb.
Bu nəticədən sonra xallarını 46-ya çatdıran “Real Madrid” turnir cədvəlində liderliyə yüksəlib. “Las Palmas” isə 22 xalla 14-cü pillədə qərarlaşıb.

 

İdman 2025-01-19 21:17:00