MSK bələdiyyə seçkiləri ilə əlaqədar Sumqayıtda treninqlərə start verib
Sumqayıt, 19 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib.
Bununla əlaqələr Sumqayıt şəhərində fəaliyyət göstərən 6 dairə seçki komissiyalarının tərkibində fəaliyyət göstərən seçki məntəqə üzvləri üçün treninqlər keçirilir.
AZƏRTAC xəbər verir ki, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ dairə seçki komissiyasında 42 və 36 saylı məntəqə seçki komissiyalarının üzvləri iştirak ediblər.
MSK üzvləri Qalib Məmmədov, Möhübbət Məmmədov və katib Eldar Pənahov seçki günü hər bir məntəqə seçki komissiyasının üzvlərinin vəzifə bölgüsü və hərəkəti haqqında geniş məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Komissiyanın sədri İlqar Allahverdiyev bildirib ki, dörd gün davam edəcək treninqlərə 256 nəfər cəlb olunacaq. Dairə üzrə 43 məntəqədə 52 min 99 seçici seçki günü yerli özünü idarəetmə orqanına səs vermək hüququndan istifadə edə biləcək. Sədr həm də onu qeyd etdi ki, artıq bütün məntəqələr seçkiyə tam hazır vəziyyətədir.
“Bilim Quba” Mərkəzi fəaliyyətə başlayıb
İmişlidə 6 tona yaxın yaş barama tədarükü gözlənilir
Naxçıvanda təcili tibbi yardım xidmətləri üzrə maddi-texniki baza gücləndirilir
Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 5 faiz artıb
Naxçıvanda ikin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə təlimlərə start verilib