×
A
A
A
Sazlamalar

Premyer Liqa: “Tottenhem” səfərdə, “Mançester Yunayted” isə evdə məğlub olub

Bakı, 19 yanvar, AZƏRTAC

İngiltərə Premyer Liqasında 22-ci turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Tottenhem” və “Mançester Yunayted” turu məğlubiyyətlə bitirib.
London təmsilçisi səfərdə “Everton”a 2:3, Mançester klubu isə evdə “Brayton”a 1:3 hesabı ilə uduzub.
“Mançester Yunayted” 26 xalla 13-cü, “Tottenhem” isə 24 xalla 15-ci sırada qalıb.

İdman 2025-01-19 20:07:00