Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 20-də “Bakı metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək. Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar”, həmçinin Şəhidlər xiyabanına ən yaxın məsafələrdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
QSC-dən AZƏRTAC-a bildirilib ki, qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə ehtiyat qatarların verilməsi nəzərdə tutulacaq.
Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq.
Qeyd edək ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən qanlı gecənin günahsız qurbanları arasında “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var.
“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib
AZAL-dan bütün istiqamətlərə 25 faiz endirim kampaniyası
“Azərişıq” ASC Medianın İnkişafı Agentliyi ilə birgə Zəngilana mediatur təşkil edib