Maka Boçorişvili: Bu gün biz Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələrin bəhrəsini görürük
Tbilisi, 19 yanvar, AZƏRTAC
Qlobal ssenariyə və proseslərə nəzər salsaq, Orta Dəhlizin hansı rolu oynaya biləcəyi xüsusilə aydın görünür. Əgər biz - həm Azərbaycan, həm də Gürcüstan öz mövqeyimizi düzgün tutsaq, şübhəsiz ki, Orta Dəhlizin inkişafında həlledici rol oynaya bilərik. Bunun üçün iki ölkə arasında mövcud olan tərəfdaşlıq vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Günün xronikası”na açıqlamasında Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
Onun sözlərinə görə, ötən illər ərzində ölkələrimiz arasında qurulan dostluq münasibətləri bu prosesə ancaq töhfə verib. Müstəqilliyimizin bərpasından sonra Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlıq daha çox regional layihələrin həyata keçirilməsinə yönəlib. Bu gün biz bunun bəhrəsini və faydalarını aydın görürük.
“Bu gün təkcə ölkələrimizi deyil, regionumuzu inkişaf etdirmək üçün potensial daha böyükdür, bölgədə daha böyük imkanlar var. Buna görə də iki ölkə arasında fəaliyyəti əlaqələndirmək, əməkdaşlığı gücləndirmək xüsusilə vacibdir. Mövcud geosiyasi vəziyyətin təmin etdiyi imkanlardan, regionumuzun coğrafi yerləşməsindən düzgün istifadə etmək lazımdır”, - deyə M.Boçorişvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Dünya Bankı: Azərbaycanda 30 ildə adambaşına düşən gəlir 60 dəfə artıb
ASCO: “Bu gün lövbər dayanacaqlarına və sığınacaqlara çəkilmiş gəmilər fəaliyyətini tam bərpa edəcək
AMB sədri: Mərkəzi Bank pul siyasəti mexanizmini möhkəmləndirəcək
Bakıda “Dünya İnkişafı haqqında Hesabat”ın təqdimatı keçirilir
Batumi limanında Trans-Xəzər marşrutu ilə Qazaxıstan ammofosu aşırılıb