×
A
A
A
Sazlamalar

Sumqayıtda evdə baş vermiş yanğın söndürülüb

Bakı, 19 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində daha da genişlənməsinə, o cümlədən qonşu evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Cəmiyyət 2025-01-19 15:11:00