×
A
A
A
Sazlamalar

Qəzza zolağında atəşkəs rejimi qüvvəyə minib

Bakı, 19 yanvar, AZƏRTAC

Qəzza zolağında atəşkəs rejimi qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi yanvarın 19-da azad edilməli olan girovların siyahısının təhvil verilməsindən sonra məlumat yayıb.
Vurğulanıb ki, girovların azad edilməsi ilə bağlı razılaşmaya uyğun olaraq, Qəzza zolağında birinci mərhələdə atəşkəs rejimi yerli vaxtla saat 11:15-də qüvvəyə minib.

Dünya 2025-01-19 13:33:00