×
A
A
A
Sazlamalar

Premyer Liqa: "Liverpul" çempionluq yolunda vacib qələbə qazanıb

Bakı, 18 yanvar, AZƏRTAC

İngiltərə Premyer Liqasında 22-ci turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri "Liverpul" səfərdə "Brentford"un qonağı olub. Görüş Mersisayd təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 50-yə çatdıran "Liverpul" birinci pillədə qərarlaşıb.

İdman 2025-01-18 21:28:00