Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub
Bakı, 18 yanvar, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XIX turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci qarşılaşmasında "Sumqayıt" və "Səbail" komandaları üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil edilən matç Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində qolları 48 və 79-cu dəqiqələrdə Rüfət Abdullazadə vurub.
Aktivində 20 xalı olan "kimyaçılar" altıncı, 12 xala malik "Səbail" isə doqquzuncu sırada yer alıb.
Günün ilk görüşündə "Zirə" "Araz-Naxçıvan"a 1 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, turun ötən gün keçirilmiş açılış matçında "Qarabağ" "Şamaxı"ya 3:2 hesabı ilə qalib gəlib.
“Sabah”ın baş məşqçisi: Söz verirəm ki, azarkeşlərə baxımlı oyun nümayiş etdirəcəyik
“Sabah”ın qazaxıstanlı qapıçısı: "Selye" ilə oyunlarda şanslar əlli-əlliyədir
“Zirə”nin Konfrans Liqasındakı rəqibi yeni futbolçu transfer edib
Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb
“Sumqayıt”ın serbiyalı yeni baş məşqçisi: Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır