×
A
A
A
Sazlamalar

"Neftçi" "Sabah"la oyuna itkilərlə çıxacaq

Bakı, 18 yanvar, AZƏRTAC

“Neftçi” Misli Premyer Liqasının 19-cu turunda qarşılaşacağı “Sabah"la matçın hazırlığını başa vurub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Futbolçular – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo zədə səbəbindən bu görüşü buraxacaqlar.
Qeyd edək ki, yanvarın 19-u “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 18:30-da başlanacaq.

İdman 2025-01-18 20:04:00