Kişi voleybolçular arasında Yüksək Liqada VI tura yekun vurulub
Bakı, 18 yanvar, AZƏRTAC
Kişi voleybolçular arasında Yüksək Liqada VI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda "Xilasedici" "Gənclər"i (Sumqayıt) qəbul edib. Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşan matç ev sahiblərinin
3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun daha əvvəl keçirilən oyunlarında “Murov Az Terminal” MOİK-i, “Azərreyl” isə “Neftçi”ni 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 18 xalla "Murov Az Terminal" başçılıq edir. "Xilasedici" 15 xalla 2-ci, "Azərreyl" isə 13 xalla 3-cü pillədə qərarlaşıb.
Dağ velosipedi üzrə Avropa çempionatı Höteborqda keçiriləcək
Avropa çempionatı: Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlanıb
Qərbi Azərbaycandan olan həndbolçu: Səbirsizliklə doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik
AFFA-nın aşağı liqalarının oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb