Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir VİDEO
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Türkiyə münasibətləri liderlərimizin vizyonu ilə, tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir. O, həmkarı ilə bu gün keçirdiyi görüşdən də bəhs edib.
“Ölkələrimiz arasında bir sıra layihələr uğurla icra edilir. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı 4 minə yaxındır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycanla yanaşı, Türkiyə şirkətləri də fəaliyyət göstərir”, - deyə o əlavə edib.
Azərbaycan və Türkiyə XİN rəsmiləri siyasi məsləhətləşmələr aparıblar
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Nazir Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb