Nazir: Yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində Azərbaycanla Türkiyə arasında çox yaxşı əməkdaşlıq potensialı mövcuddur VİDEO
Bakı, 18 yanvar, AZƏRTAC
Yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində Azərbaycanla Türkiyə arasında çox yaxşı əməkdaşlıq potensialı mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə qabiliyyətinin ötən il genişləndirilməsi layihəsinin başa çatdırılması, Bakı Dəniz Limanının imkanlarının artırılması Orta Dəhlizin daha böyük potensialla çalışması üçün ciddi əsas yaradır.
Azərbaycan və Türkiyə XİN rəsmiləri siyasi məsləhətləşmələr aparıblar
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Nazir Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb