Veteranlar Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 18 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının üzvləri polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri düzüblər.
Təşkilatdan AZƏRTAC-a bildirilib ki, veteranlar və məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov 20 Yanvar hadisələrindən bəhs edib, xalqımızın çətin zamanda sərgilədiyi qəhrəmanlıqlardan danışıb. Təşkilat sədri qeyd edib ki, həmin gün azadlığı və müstəqilliyi naminə ölümə meydan oxuyan Azərbaycan xalqı, məhz öz cəsarəti sayəsində yeni bir dönəmin başlanğıcını qoyub.
Tədbirdə çıxış edən digər veteranlar da xalqımızın 20 Yanvar faciəsi zamanı nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edib.
Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI
Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib
“Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı müzakirə olunub
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib
Ölkəmizin sosial xidmət sahəsinin nümayəndələri Türkiyə təcrübəsini öyrəniblər