İmişlidə qətl hadisəsi törədilib VİDEO
İmişli, 18 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda 30 yaşlı kişinin qətli ilə nəticələnən cinayət hadisəsi törədilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İmişli rayonu Sarxanlı kəndi ərazisindəki kafedə qeydə alınıb. Aralarında yaranan mübahisə nəticəsində Fərid Allahverdiyev bıçaqla Vüsal Allahverdiyevə xəsarət yetirib. Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Ötən il Beyləqanda suvarma kanalları lildən təmizlənib, 119 subartezian quyusu təmir edilib
Şəkidə yanğın baş verib, 9 baş xırdabuynuzlu heyvan tələf olub
Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub