Serbiyada yeni siyasi hərəkat yaradılır
Belqrad, 18 yanvar, AZƏRTAC
Serbiyada yeni birləşdirici siyasi xalq hərəkatı yaradılacaq.
AZƏRTAC xəbər verir ki, hərəkat görkəmli ziyalılar, professorlar, işçilər, fermerlər və cəmiyyətin çoxsaylı digər tanınmış nümayəndələrindən ibarət olacaq. Hərəkat üzvləri yanvarın 24-dən etibarən Serbiyanın müxtəlif şəhərlərində görüşlər keçirəcək, mitinqlərdə çıxış edəcəklər. Hərəkatın adını sosial media vasitəsilə səs verəcək vətəndaşlar müəyyənləşdirəcək.
Serbiya Prezidenti Aleksandar Vuçiç də bu mitinqlərə qoşulacaq, çıxışlar edəcək. Hərəkat əvvəllər Serbiyanın siyasi həyatında iştirak etməyən çoxlu sayda insanı bir araya gətirəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Stiv Cobsun məşhur çıxışının 20 illiyi münasibətilə arxiv materialları paylaşılıb
Cevdet Yılmaz: Türkiyədən Suriyaya qayıdanların sayı 270 mini keçib
İordaniya hökuməti: Ölkə heç bir münaqişə üçün döyüş meydanı olmayacaq
Mark Zukerberq rəqiblərinə çatmaq üçün süni intellekt üzrə yeni ekspert komandası formalaşdırır
İrana qarşı hərbi əməliyyat fonunda İsrailin xarici ölkələrdə səfirlikləri fəaliyyətini dayandırıb