İİTKM-də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb
Bakı, 18 yanvar, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı tarixi hadisələrə nəzər salaraq xalqın qəhrəman övladlarının apardığı azadlıq mübarizəsini, müstəqillik salnaməsini bir daha xatırladıb.
O bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət verilib. Bununla da tariximizə milli iradənin simvolu kimi daxil olan 20 Yanvar hər il dövlət səviyyəsində anılır, gənc nəslə ötürülərək əbədiləşdirilir.
“CNN Türk” telekanalı: Xocalı – əbədi yaşar faciə
Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb
Serbiya mətbuatı 20 Yanvar faciəsindən yazıb
Praqadakı Azərbaycan Mədəniyyət Evində 20 Yanvar qurbanlarının anım gecəsi keçirilib
Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib