İrakli Kobaxidze: Azərbaycan bizim üçün təkcə dəyərli dost deyil, etibarlı tərəfdaş və qardaş ölkədir
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan-Gürcüstan münasibətlərinin iqtisadi aspekti də çox vacibdir. Siz artıq müdrik şəkildə bizim ölkələrin strateji tərəfdaşlığını qeyd etdiniz. Bu layihələrin strateji və iqtisadi əhəmiyyəti var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
“Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk”, - deyə Baş nazir vurğulayıb.
Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Sahibə Qafarova: Azərbaycan və Belarus parlamentləri beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir
Vyanada ATƏT Parlament Assambleyasının 24-cü qış sessiyası keçiriləcək
Münxen Təhlükəsizlik Konfransı: Dünyanın reallıqları və perspektivlər