Prezident İlham Əliyev: Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır
Bakı, 17 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında bağlantılar və Orta Dəhliz layihəsinə toxunub.
AZƏRTAC xəbər verir ki, ölkələrimizin burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərdiklərini vurğulayan dövlətimizin başçısı deyib: “Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır”.
Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Sahibə Qafarova: Azərbaycan və Belarus parlamentləri beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir
Vyanada ATƏT Parlament Assambleyasının 24-cü qış sessiyası keçiriləcək
Münxen Təhlükəsizlik Konfransı: Dünyanın reallıqları və perspektivlər