×
A
A
A
Sazlamalar

Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün ayrılmış torpaq sahəsinə baxış keçirilib

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın ölkəmizdəki səfirliyinin yeni binasının tikintisi üçün Bakı şəhərində ayrılmış torpaq sahəsinə baxış keçiriblər.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq Nazirlər Kabinetinin 2023-cü il tarixli Sərəncamı ilə ayrılıb.
Torpaq sahəsi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşir.

Siyasət 2025-01-17 14:20:00