Faktiki hava: Bəzi rayonlara qar yağır
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-sı saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Pirallahı, Çilov adası, Neft Daşları, Neftçala, Biləsuvar, Beyləqanda arabir yağış, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən və Şahdağda qar yağır.
Çilov adası, Naxçıvan, Şahbuz, Culfa, Gəncə, Balakən, Qəbələ, Balakən, Yevlax, Göyçay, Lerik, Şəkidə duman müşahidə olunur.
Havanın temperaturu Bakıda, Abşeron yarımadasında və Aran rayonlarında 8, Naxçıvan Muxtar Respublikasında 1, dağlıq rayonlarda 7 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.
Gürcüstanda azərbaycanlı uşaqlar üçün həftəsonu məktəb fəaliyyətə başlayıb
İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib – FƏRMAN
Ali Məhkəmə xarici diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsini müəyyən edib
AQTA: İdxal olunan baytarlıq preparatının normativ tələblərə cavab vermədiyi aşkarlanıb
Qərbi Azərbaycana qayıdış təkcə fiziki dönüş deyil, bu, milli kimliyimizin bərpasıdır – MÜSAHİBƏ