Gürcüstanın XİN başçısı: Güclü dövlət institutlarımızın sayəsində təhdidlər aradan qaldırılıb
Bakı, 16 yanvar, AZƏRTAC
Biz son zamanlar ölkəmizin daxili işlərinə müdaxilə məsələsində müəyyən addımlar atıldığını gördük. Güclü dövlət institutlarımızın sayəsində bu təhdidlər aradan qaldırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə brifinqdə bildirib.
Maka Boçorişvili qeyd edib ki, Gürcüstan Avro-Atlantik məkana inteqrasiyada maraqlıdır. Bunun üçün həm Avropa İttifaqı, həm də Gürcüstan tərəfindən çox iş görülməlidir.
Azərbaycan və Türkiyə XİN rəsmiləri siyasi məsləhətləşmələr aparıblar
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Nazir Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb