Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan maraqlarına uyğun şəkildə siyasət həyata keçirir
Bakı, 16 yanvar, AZƏRTAC
Bəzi böyük dövlətlərin digər müstəqil və suveren ölkələrin daxili işlərinə qarışmaq cəhdi yeni tendensiya deyil. Bu, hər zaman baş verib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.
O bildirib ki, başqa dövlətlərin daxili işlərinə qarışmaq cəhdləri bu gün açıq şəkildə özünü büruzə verir. Azərbaycan və Gürcüstan da hansısa böyük güclərin diktəsi ilə yox, ölkə maraqlarına uyğun şəkildə siyasət həyata keçirir.
Azərbaycan və Türkiyə XİN rəsmiləri siyasi məsləhətləşmələr aparıblar
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Nazir Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb