Gürcüstanın XİN rəhbəri: Azərbaycan bizim ən böyük beş iqtisadi tərəfdaşımız sırasındadır VİDEO
Bakı, 16 yanvar, AZƏRTAC
Ölkələrimiz arasında çox nümunəvi əlaqələr var. Azərbaycan Gürcüstanın ən böyük beş iqtisadi tərəfdaşı sırasındadır. Biz birlikdə mühüm və böyük layihələr icra edirik. Bunlar təkcə bizim üçün yox, region üçün də əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.
O bildirib ki, Qara dənizin dibi ilə başqa ölkələrə enerjinin çatdırılması da vacib layihələrdən biridir.
“Regionumuzun potensialından daha yaxşı istifadə etmək üçün çalışırıq. Bu potensialı daha çox nümayiş etdirmək üçün sülh vacibdir”, - deyə gürcü nazir vurğulayıb.
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Sahibə Qafarova: Azərbaycan və Belarus parlamentləri beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir
Vyanada ATƏT Parlament Assambleyasının 24-cü qış sessiyası keçiriləcək
Münxen Təhlükəsizlik Konfransı: Dünyanın reallıqları və perspektivlər