Sabunçu rayonunda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
Bakı,16 yanvar, AZƏRTAC
Paytaxtın Sabunçu rayonu, Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən “Bəyaz” şadlıq sarayında yoxlama aparılıb və müəssisədə saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fiziki şəxs Zahirova Elnarə Seyidəhməd qızına məxsus müəssisədə yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulması faktları müəyyən edilib.
Qida təhlükəsizliyi reyestrindən çıxarışı olmadan fəaliyyət göstərən müəssisədə aşkar saxtalaşdırma əlamətləri olan 62 ədəd hər biri 700 ml “Organic” əmtəə nişanlı premium araqlarının satışının həyata keçirildiyi məlum olub. Həmin məhsulların üzərində qanunvericiliyə uyğun olaraq tam və dolğun şəkildə markalanma aparılmayıb.
Uyğunsuzluq aşkarlanan məhsullardan nümunələr götürülüb. Sınaqların aparılması məqsədilə laboratoriyaya təqdim edilib.
Faktla bağlı müvafiq tədbirlər görülüb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən saxta və istifadəyə yararsız məhsulların satışının qarşısı alınaraq dövriyyədən çıxarılıb. Araşdırmalar davam etdirilir.
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirilib
Bu ilin məzunları sırasında uşaq evi sosial xidmət müəssisələrinin bir qrup sakini də var
Kahramanmaraşda “Dəmir Yumruq” abidəsinin ucaldılması planlaşdırılır
Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ
AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib