×
A
A
A
Sazlamalar

Fransa Kuboku: "Lion" V liqa komandasına məğlub olaraq mübarizəni dayandırıb

Bakı, 16 yanvar , AZƏRTAC

Futbol üzrə Fransa Kubokunda gözlənilməz nəticə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Liqa 1 təmsilçisi "Lion" səfərdə V divizionda çıxış edən "Burqon-Jallieyu" komandasının qonağı olub. Görüşün əsas və əlavə vaxtı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan meydan sahibləri 1/8 final mərhələsinə yüksəlib - 3:2.

İdman 2025-01-16 01:30:00