Zelenskinin Trampla görüşü ilə bağlı hazırlıq işləri görülür
Kiyev, 16 yanvar, AZƏRTAC
Kiyev və Vaşinqton artıq Volodimir Zelenski ilə Donald Tramp arasında ABŞ-ın 47-ci Prezidentinin andiçmə mərasimindən sonra baş tutacaq görüşlə bağlı hazırlıq işləri görür.
AZƏRTAC “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tuskla keçirdiyi brifinqdə bildirib.
“Əlbəttə, inoqurasiyadan sonra. Artıq komandalarımız qarşıdan gələn görüşün məzmunu və formatı üzərində işləyir. Biz orada əsas məsələləri müzakirə edəcəyik, mən onlar haqqında ətraflı danışmayacağam - hələ tezdir”, - deyə dövlət başçısı bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna üçün prioritet müharibəyə ədalətli şərtlərlə son qoymaqdır. “Güclü təhlükəsizlik zəmanətləri almaq vacibdir. Bu gün isə strateji zəmanətlər arasında Avropa İttifaqına (Aİ) və NATO-ya daxil olmaq, orduya silahla dəstək göstərmək daxildir”, - deyə o, qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
İtaliyada dəmiryolçular tətil edirlər
Britaniyada fövqəladə xəbərdarlıq sistemi yenidən sınaqdan keçiriləcək
Tramp 14 ölkəni avqustun 1-dən etibarən ticarət tariflərinin artırılması ilə bağlı xəbərdar edib
Tədqiqat: Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb