"Qarabağ" Juninyonun "Flamenqo"ya keçdiyini açıqlayıb - RƏSMİ
Bakı, 15 yanvar, AZƏRTAC
"Qarabağ"dan ayrılan Olavio Juninyo “Flamenqo”ya transfer olunub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, 28 yaşlı hücumçu Braziliya təmsilçisi ilə müqavilə imzalayıb.
2023-cü ilin yayından ağdamlıların formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Olavio "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.
Braziliyanın "Flamenqo" klubu da Juninyonun keçidini təsdiqləyib.
Çimərlik voleybolçularımız Misirdə dünya çempionatında iştirak edəcəklər
Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb
Avropa Liqası: “Qalatasaray” məğlub olub, “Ayaks” qalib gəlib
Azərbaycanın gənc taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb