Qazax Dövlət Dram Teatrında iki yeni tamaşanın premyerası olacaq
Qazax, 15 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Qazax Dövlət Dram Teatrının kollektivi teatrsevərlərə iki yeni tamaşa təqdim edəcək.
Teatrın baş rejissoru, Əməkdar artist Musa Eyyubovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, fevral ayında Ağalar İdrisoğlunun əsəri əsasında hazırlanan “Teleqram” tamaşasının premyerası keçiriləcək. Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluş verdiyi səhnə əsərində rolları Əməkdar artist Hacı Hacıyev, Ceyhun Vəlizadə, Xəqan Qurbanov, Nazilə Məmmədova, Minayə İbrahimova, Məlahət Vəliyeva, Sayalı İsmayılova oynayacaqlar.
Gələn ay Qazax Dövlət Dram Teatrının səhnəsində Şəbnəm Xeyrullanın “Arqon” monopyesi əsasında hazırlanan eyniadlı tamaşanın da premyerası olacaq. Quruluşçu rejissoru Allahverdi Musayev olan tamaşada rolları aktyorlar Yusif Qoca və Rüfət Ömər canlandıracaqlar. Hazırda məşqləri aparılan hər iki səhnə əsərinin rəssamı Aysan Omarovadır.
Qazax Dövlət Dram Teatrının kollektivi “Teleqram” tamaşasını mart ayında Bakıda da teatrsevərlərə təqdim etməyi planlaşdırır. May ayında Jalə İsmayılın "Ametist xanım və Apatit bəy" pyesi əsasında "Love Butik" tamaşası ilə Trabzonda keçiriləcək 25-ci Beynəlxalq Qara dəniz Teatr Festivalına qatılacaq Qazax teatrı bu səhnə əsərini Latviyanın Riqa şəhərində də teatrsevərlərə təqdim edəcək.
İmişlidə iki avtomobil toqquşub, xəsarət alan var
Naxçıvanda quş qripinə qarşı epizootoloji monitorinqlər aparılır
Bəxtiyar Vahabzadəsiz 16 il - Böyük şairin ev muzeyindən xüsusi REPORTAJ VİDEO
Biləsuvarda 5 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb
Qazax teatrında “Səsin mənəm, Xocalı!” adlı səhnə əsəri nümayiş etdiriləcək