Naxçıvanda “Dəyirmançı” restoranının fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb
Naxçıvan, 14 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan planlı yoxlama zamanı Naxçıvan şəhəri İstiqlal küçəsi ev 95 ünvanında fəaliyyət göstərən “Dəyirmançı” restoranında ciddi nöqsanlar aşkarlanıb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ-hüquqi aktların tələblərinə əməl etmədiyi müəyyən edilib. Belə ki, gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tədbirlərinin tətbiq edilmədiyi, işçilərin tibbi müayinədən keçmədiyi aşkarlanıb. Eyni zamanda istifadə olunan dondurma, limonad və kolbasa məhsullarının yaralılıq müddətinin bitdiyi, alət və avadanlıqların vaxtında təmizlənmədiyi, həmçinin obyektdə dezinseksiya və deratizasiya işlərinin də vaxtında aparılmadığı məlum olub. Obyektdən üzərində markalanma aparılmayan ev şəraitində qablaşdırılmış turşular aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, istifadəyə yararsız məhsullar kənarlaşdırılıb. Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək.
Laçına səfər edən Polşa səfiri: İrəliləyişin necə getdiyini görmək həqiqətən maraqlıdır VİDEO
Baş prokuror Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
Səfir Kımqu Kanq: Laçının belə gözəl olduğunu heç təsəvvür etməzdim VİDEO
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Fuad Ələsgərov Tovuzda dəfn olunub VİDEO
Diplomatik korpusun nümayəndələri Laçında olublar – YENİLƏNİB FOTO VİDEO