Şamaxıda torpaq sürüşməsi aktivləşib
Şamaxı, 14 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxı-Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 3-4 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş də çətinləşib.
Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir.
Xatırladaq ki, sözügedən avtomobil yolu 2019-cu ildə inşa edilərək istifadəyə verilib.
Şəkidə baş verən qəzada 27 yaşlı qadın xəsarət alıb
Güləş üzrə muxtar respublika birinciliyi keçirilib
Qəbələdə vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər
Naxçıvanda açıq kitabxana yaradılacaq
Gəncə Dövlət Milli Dram Teatrı "Bölgə teatrlarının Bakı premyeraları" layihəsində iştirak edib